adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Noyabr 2014 12:20
7845
MARAQLI
A- A+

Antarktidada azan sədası

Tarixdə ilk dəfə olaraq Antarktidada azan veriləcək. Belə ki, Tatarıstanın Qul-Şərif məscidinin nəzdindəki İslam Mədəniyyəti Muzeyində Antarktidaya yola düşəcək "Antarktida-100″ ekspedisiyanın iştirakçılarına Quran nüsxələri verilib. Quran nüsxələri Rusiyanın "Bellinshauzen” antarktik stansiyasındakı qütbçülərə çatdırılacaq. Antarktidadakı ekspedisiya Allaha dua edərək Yer üzündə sabitlik və sülhün bərqərar olmasını istəyəcək.

Ümumilikdə Antarktidaya 3 Quran nüsxəsi aparılacaq. Onlardan biri "Bellinshauzen” stansiyasında qalacaq, digərləri isə Kazana qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və İslam Mədəniyyəti Mərkəzinə veriləcək.

Qeyd edək ki, "Antarktida-100″ layihəsi Kazan Universitetinin rektoru, Antarktidanı ilk dəfə kəşf edən Rusiya ekspedisiyasının (1819-1821) tərkibində yeganə alim olmuş İvan Simonova həsr edilib.