adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2014 11:51
4249
ƏDƏBİYYAT
A- A+

“Xəzər” ədəbi jurnalının saytı açıldı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) rüblük mətbu orqanı olan "Xəzər” dünya ədəbiyyatı jurnalının saytı (xezerjurnali.az) fəaliyyətə başlayıb.

ATM-dan AzərTAc-a bildirilib ki, saytın arxiv bölümündə jurnalın müxtəlif saylarının tam elektron versiyasını oxumaq mümkündür. Bundan başqa, "Layihələr”, "Ədəbi-mədəni yeniliklər” və "Haqqımızda” adlı bölümlərindən mərkəzin fəaliyyəti və jurnalda dərc olunan materiallar barədə informasiyalar yerləşdirilib. Xererjurnali.az saytının "Bu sayda” bölməsində son nömrədə yer alan tərcümə materiallarının anonsu verilib.

Qeyd edək ki, "Xəzər” dünya ədəbiyyatı dərgisi 1989-cu ildən nəşr olunur və hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir. İldə 4 nömrəsi işıq üzü görür. Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir. Jurnalın baş redaktoru yazıçı-tərcüməçi Afaq Məsuddur.