Qəribə də olsa insanın başına hər cür hadisələr gələ bilər. Xüsusən də birimiz xəstələnəndə və ağrayıb-acıyanda belə hallarla üzləşməli oluruq. Bu hadisəni mənə yaxın qohumlarımdan biri mən xəstəxanada olanda danışdı. Öz dərdim yadımdan çıxdı və həmin xəstə əsgər haqqında düşündüm. Düşündüm ki, nə yaxşı onun dərdinə əlac tapan həkim var...
Həmin xəstə bir müddət hərbi hospitalda və eləcə də digər xəstəxanalarda müalicə olunub, ancaq dərdinə əlac tapılmayıb. İş o yerə çatıb ki, xəstə tez-tez qan qusurmuş. Günlərin bir günündə o kəndə gəlir və qohum-əqrəbası başına yığışır. Görürlər ki, oğlanın vəziyyəti daha da ağırlaşır. Bunu hiss edən qohum-əqrəba son ümidlərini bir vaxtlar Füzulinin Böyük Bəhmənli və Əhmədbəyli kəndlərində baş həkim işləmiş, indi isə təqaüddə olan Mənsum həkimə bağlayırlar. Əsgərin atası Akif canını qoymağa yer tapmır və dillənir:
- Bəlkə, Mənsum həkim bundan baş çıxarar, onsuz da uşaq əldən gedir...
Onlar əsgəri axşam Mənsum həkimgilə gətirirlər. Təbii ki, Mənsum həkim də elə-belə həkim deyil. 80 yaşı haqlasa da, ancaq çox savadlı və çox da gümrah görünür. Başqa sözlə demiş olsaq, ona 80 yaş vermək olmaz. Kənddə çox ağır xəstələri Mənsum həkimin yanına aparıblar və o da bu xəstələr şəfa verib. Mənsum həkim həmişə deyir ki, birinci Allah-Təala insanı qorumalıdı. Allah-Təaladan sonra həkim də onun köməkliyi ilə xəstəyə yardım eləyə bilir.
Xəstəni əlləri ilə müayinə eləyir. Elə həmin an xəstə yenidən qan qusur. Bu dəfə həkim ona ağızını açmağı məsləhət bilir. O, əlindəki "zajiqalkanın" işığı ilə onun boğazına baxır. Görür ki, boğazın içərisində bir zəli var və yapışb o nahiyədən çölə çıxmır. Aydındır ki, bu məqamda xüsusi maddələrdən istifadə edilir. Mənsum həkim də həmin an o maddədən istifadə edir və zəli boğazın daxilindən qopub çölə çıxır. Bundan sonra xəstənin vəziyyəti yaxşılığa doğru gedir. Bir neçə gündən sonra isə həmin xəstə çörək yeyir, su içir. Əldən düşmüş və zəifləmiş xəstə bir həftədən sonra tam özünə gəlir və hərbi hissəyə qaydır.
Uşağın ata-anası sevincindən bilmir ki, nə eləsin. Çünki elə bir yer qalmamışdı ki, xəstəni ora aparmasınlar və hər həkim də müxtəlif cür diaqnozlar qoymuşdu. Aydındır ki, müayinə düzgün edilməyəndə və dəqiq diaqnoz qoyulmayanda xəstəni də sağaltmaq çox çətin olur. Bu xəbəri eşidən kənd camaatı əsgərin atasına gözaydınlığı verib dedilər ki, şükür Allah, oğlunuz ölümdən qurtulub.
İnsanın ipi gərək Allahdan üzülməsin. Əgər Allah-Təaladan insanın ipi qırılmayıbsa, aydındır ki, o gec-tez öz şəfasını tapacaq. Ancaq məsələnin bir tərəfi də var ki, bəzi savadsız həkimlər xəstəyə düzgün diaqnoz qoymur və onu səhv müalicə edir. Nəticədə isə xəstənin səhhəti yaxşılaşmaq əvəzinə get-gedə ağırlaşır.
Bir faktı da qeyd edək ki, dəfələrlə İrana və Bakıya aparılan xəstələr şəfa tapa bilmədikləri halda, ümid yeri kimi Mənsum həkimin yanına gətirilir və o da həmin xəstənin dərdinə çarə eləyib. İndi deyirlər ki, gənclərə meydan verək. Qoy buyursun gənclər; baş həkim olsunlar, cərrah işləsinlər, ancaq təki xəstələrin dərdinə əlac tapsınlar. Amma bu heç də həmişə belə olmur. Çünki onların istedadları, savadları olsa da, təcrübələri çatmır.
Necə olur ki, 80 yaşlı təqaüddə olan həkim bu dərdə əlac qılır, amma hər hansı gənc həkim xəstəliyi doğuran səbəbi tapmaqda acizlik çəkir. Mənsum həkim deyir ki, bizim dövrümüzdə indiki müasir avadanlıqlar və aparatlar yox idi. Ancaq biz xəstələrin qarın nahiyəsinə baxan kimi o dəqiqə bilirdik ki, onun dərdi nədir.
Kənddə neçə adam Bakıya gedib əlac tapmayanda Mənsum həkim onu bir-iki dərmanla müalicə eləyib və həyata qaytarıb. Deməli, bizim məmləkətimizdə də savadlı həkimlər var. Amma bu nə yaşa baxır, nə də başqa şeylərə. Sadəcə olaraq təcrübə və bacarıq öz sözünü zamanından, məkanından asılı olmayaraq həmişə deyə bilir. Necə ki, Bəhmənlidə Mənsum Həsənov dərdinə çarə tapılmayan xəstəni həyata qaytara bilib...