Koroğlunun təxirəsalınmaz izi çıxıb

ETİBAR CƏBRAYILOĞLU
59507 | 2008-01-27 11:52
Bir-iki gün öncə telekanalların birində hərbi, daha doğrusu, hərbi-vətənpərvərlik mövzusunda veriliş göstərirdilər. Yaman kövrəldim. Bilmirəm nə təhər işdirsə bizimkilərin belə proqramlarına baxanda adam əlinə silah götürüb döyüşmək əvəzinə, dəsmal alıb ağlamaq istəyir. Rəhmətlik şairlərimiz Alı Mustafayevlə Nüsrət Kəsəmənli demişkən, dəli bir ağlamaq keçir könlümdən.
   
   Əsgərlərimiz üçün hazırlanan veriliş bitəndən sonra filoloq-alim, nəğməkar şair Vüqar Əhmədin yaradıcılığından danışırdılar, onun qələmindən çıxan poetik ifadələrdən sitat gətirirdilər:
   
   
   
   Xala, xala,
   
   Təndiri qala.
   
   
   
   Daha da kövrəldim. Səngərdəki döyüşçülərimiz, nəğməkar şairin poetik ifadələri gözlərimin önündən getmədi. Xəyallarım məni ötən illərə qaytardı. Hərbi xidmətdə olduğum günlər yadıma düşdü. Qazaxıstan çölləri, Taldı-Kurqan vilayəti, Uçaral şəhəri. Çöldə şaxta kef edir, kazarmanın içində istidən nəfəs kəsilir. Qazaxıstan televiziyasında Ştirlis almanların "gəmisində oturub gəmiçilə dava edir. "Baharın on yeddi anı" filminin neçəncisə seriyasını göstərirlər.

TƏQVİM / ARXİV