adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Noyabr 2014 18:37
3533
MƏMLƏKƏT
A- A+

Bakıda möhtəşəm “İşıq” şou olacaq - Video

Bu gün Avropa Oyunları ilə bağlı Bakıda təntənəli tədbir keçirilicək.

ANS TV-nin məlumatına görə, axşam saat 8-də Qız qalası ətrafında möhtəşəm "İşıq” şousu baş tutacaq. Bununla da oyunlara 200 günün qalması qeyd ediləcək. Bundan əlavə, ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat komitəsinin bəyanat verəcəyi də gözlənilir.

20 idman növü üzrə 20 idman obyektində keçiriləcək ilk Avropa Oyunları gələn il iyunun 12- də start götürəcək. 17 gün davam edəcək pan- Avropa Oyunlarında isə 6000-dən çox idmançı mübarizə aparacaq. Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq. Turnirin açılış və yekun mərasimləri hələ tikilməkdə olan Olimpiya stadionunda baş tutacaq.