adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Noyabr 2014 17:40
3981
HADİSƏ
A- A+

Qız Qalasında intihar hadisəsi

Bakıda Qız Qalasında intihar hadisəsi baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) bildiriblər ki, bu gün saat 17 radələrində 30-35 yaşlı kişi Qız Qalasından özünü ataraq intihar edib.

Stansiyanın briqadası hadisə yerinə gedənədək intihar etmiş şəxs dünyasını dəyişib.

Hazırda mərhumun şəxsiyyəti müəyyənləşdirilir.