adalet.az header logo
  • Bakı 20°C
24 Noyabr 2014 17:32
1984
HADİSƏ
A- A+

Dəm qazından zəhərlənənlərin sayı artıb

"Son günlər havaların soyuq keçməsi ilə əlaqədar Bakıda dəm qazından zəhərlənənlərin sayı artıb”. Bunu lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovabildirib. O qeyd edib ki, əvvəllər gün ərzində 4-5 nəfər dəm qazından zəhərlənmə ilə təcili yardıma müraciət edirdisə, son bir həftə ərzində bu rəqəm 7-yə çatıb: "1 həftədir ki, təcili yardıma qeyd olunan hallarla bağlı gün ərzində 6-7 nəfər müraciət edir”.

Həkim vətəndaşlarına müraciət də edib: "Vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olsunlar. Dəm qazından zəhərlənmə hiss etdikdə təcili yardım çağırılmalıdır. Dəm qazından zəhərlənən şəxs təmiz havaya çıxarılmalıdır”.