adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Noyabr 2014 17:21
2928
HADİSƏ
A- A+

Sumqayıtda qanunsuz obyekt aşkarlandı

Vergilər Nazirliyi qanunsuz idman mərc oyunlarının və kompyuter vasitəsilə qumar oyunlarının keçirilməsi faktını aşkar edib. 

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, noyabrın 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən operativ nəzarət tədbirləri nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Napoli”, fiziki şəxs Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Milan” və fiziki şəxs Tanrıverdi-pur Anar Sərvət oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Beşiktaş” çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar edilib. 

P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə kompyuter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının ("çərxi-fələk” - "russkaya ruletka”, loto və s.) keçirildiyi də müəyyən olunub.

Yuxarıda göstərilənlərdən əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. 

Toplanmış materiallar qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədilə ilə aidiyyəti üzrə göndəriləcəkdir.