adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Noyabr 2014 16:53
6437
MƏDƏNİYYƏT
A- A+

Məşhur Vyana orkestri Bakıda konsert verəcək

Məşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən Adalet.az-a bildirilib ki, konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı” İohan Ştrausun (Johann Strauss), eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.

Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Vyana Ştraus Festival Orkestri müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestrin yaradıcısı və bədii rəhbəri məşhur dirijor, virtuoz skripkaçı Peter Qutdur. O, İohan Ştraus ənənəsinin davamçısı olaraq skripka ifası və dirijorluğu ilə dinləyicilərin rəğbətini qazanıb.