adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Noyabr 2014 16:49
3581
SİYASƏT
A- A+

Müsavat dekabrın 14-nə mitinq təyin etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

 

Divan üzvü Səxavət Soltanlı APA-ya açıqlamasında deyib ki, iclasda ictimai-siyasi məsələlər, dünən keçirilən ümumrespublika müşavirəsi barədə müzakirələr aparılıb.

 

Onun sözlərinə görə, partiya 10 Dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.

 

Mitinqin keçmiş "Məhsul” stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək.