adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Noyabr 2014 16:14
6575
MARAQLI
A- A+

Əfsanə ulduzun gitarasını alan olmayıb

Londonda keçirilən "Rock & Roll Memorabilia” adlı hərracda "The Beatles” qrupunun üzvü, əfsanəvi musiqiçi Con Lennonun gitarası satışa çıxarılıb. Ancaq ilkin qiyməti 400 min funt sterlinq təyin edilən gitaranı alan olmayıb. 
"Gretsch 6120” markalı gitara 1966-ci ildə qrupun "Paperback Writer” mahnısı yazılarkən istifadə olunub. "The Beatles” qrupu hazırda "Abbey Road” studiyası kimi tanınan keçmiş "EMI” studiyasında "Paperback writer” mahnısını yazarkən fotosessiya etdirib. 
Hərrac təşkilatçıları gitaranın çox dəyərli olmasını həmin fotolara düşməsi ilə əlaqələndirir. Onların fikrincə, bu, son otuz ildə satışa çıxarılmış "The Beatles” üzvlərinə məxsus əşyalar arasında ən dəyərlisidir. Gitaranın, təxminən, 400-600 min funt sterlinqə satılması planlaşdırılır. 
Lennon gitaranı sağ ikən qardaşına hədiyyə edib. Qardaşı isə onu uzun müddət öz şəxsi kolleksiyasında saxlayıb. 
Hərracda eyni zamanda, qrupa aid başqa əşyalar satışa çıxarılıb. Məşhur dördlüyə məxsus posterlər, vallar, konsert biletləri, proqramlar, Lennonun studiyada istifadə etdiyi qulaqlıq, sviter, avtoqraf, eləcə də, Corc Harrisonun, Pol Makkartinin, Rinqo Starın avtoqrafları hərraca çıxarılan əşyalar arasında yer alıb.