adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Noyabr 2014 14:43
9646
TEXNOLOGİYA
A- A+

Müdafiə Nazirliyindən əsgərlərə iPone qadağası

Rusiya Müdafiə Nazirliyi hərbi xidmətə yeni çağırılmış əsgərlərə iPone istifadə etməyə qadağa qoyub. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nazirlik çağırışçıların valideynlərinə xəbərdarlıq edib ki, əsgəri xidmətdə istənilən telefondan istifadə edə bilərlər, bircə  Apple şirkətinin istehsalı olan iPone-dan başqa. Buna səbəb isə sözügedən ağıllı telefonun üstün xüsusiyyətləridir. Belə ki, iPone-nun vasitəsilə onun istifadəçisinin harada olduğunu, nə etdiyini təyin etmək mümkündür. Bu da hərbi hissə sirlərinin yayılmasına rəvac verdiyi üçün qadağaya səbəb olub.   

İKT üzrə ekspertlər isə bu qadağa ilə razılaşmırlar. Mobile Research Group şirkətinin analitiki  Eldar Murtazin hesab edir ki, Apple şirkətinin şifrələmə kodu Müdafiə Nazirliyi ilə işləyən istehsalçılara verilir. Yəni, şifrələmə metodundan asanlıqla yararlanmaq mümkündür.

Müstəqil ekspert Mixail Romanov isə bu fikirdədir ki, iPone telefonları təhqiqat üçün tam bağlı edilə bilər və bu telefonun Androidlərlə müqayisədə daha çox gizli sistemləri mövcuddur. Ekspert xatırladır ki, bu cür sistemdə gizli çıxışın mövcudluğu barədə qajet istehsalçısı belə xəbərsiz ola bilər.