adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Noyabr 2014 13:09
4392
MƏMLƏKƏT
A- A+

Sabah 8 dərəcəyədək şaxta olacaq

Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yaradacaq

Noyabrın 25-də Bakı və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim şimalküləyi əsəcək.Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabiryağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturugecə 1-6 dərəcə isti, gündüz 6-10dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz mənfi 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərazində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.