adalet.az header logo
  • Bakı 18°C
24 Noyabr 2014 13:06
28838
AVTOMABİL
A- A+

Gürcüstandan avtomobil ixracı 2 dəfədən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 231 942,2 min dollar dəyərində 15 903 minik avtomobili ixrac olunub.

Bu barədə  Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21007 avtomobil və ya 2,3 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 29,8% azalıb.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48,95% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 50,1%-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 19,5% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 473 778,6 min dollar dəyərində məhsul ixrac edilib.