adalet.az header logo
  • Bakı 20°C
24 Noyabr 2014 13:01
9612
MƏDƏNİYYƏT
A- A+

“Qarabağ atları” Bakıda

Noyabrın 26-dan 30-dək "Natəvan” qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın "Qarabağ atları” adlı sərgisi açılacaq.

Sərgi "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının "Arts Council Latvia” ilə əməkdaşlığı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və Litvanın Azərbaycandaki səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

İstedadlı rəssam-animalist Alla Dzevaltovskayanın Azərbaycanda ilk dəfədir keçiriləcək bu sərgisi ölkəmizin milli qürur mövzusu olan Qarabağ atlarına həsr olunub.

At mövzusu rəssamın yaradıcılığında xüsusi yer tutur. Onun rəsmlərində atlar azad, inadcıl təsvir olunub. Onlar insanlar kimi hiss etməyi bacarır. Rəssamın əsərlərində atların gözlərində gah kədər, gah darıxmaq, bəzən isə sevinc yaşları kimi müxtəlif hisslər əks olunub. Gözəllik, incəlik, harmoniya, hərəkət – bütün bunların hamısı onlarda idealdır.

Alla Dzevaltovskayanın işlərində ən başlıcası isə hərəkət və dinamikadır. Atların qaçmasını, dırnaqları ilə vurmasını təsvir edən rəsmlər həqiqətdə olduğu kimi canlı təsirini bağışlayır. Atlar sanki baxışı ovsunlayaraq qalın kətan üzərində üzür və daimi hərəkət effektini yaradırlar.