adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Noyabr 2014 13:03
3982
SİYASƏT
A- A+

Əhməd Davudoğlu Ermənistana müraciət etdi

"Ermənistan Qafqaz neft nəqliyyatı dəhlizinin bir hissəsi ola bilər”. Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu regional məsələlər və Ermənistandan danışarkən belə deyib: "Bakı-Tbilisi – Ceyhan qaz kəməri barədə razılaşma böyük uğurdur. Buna görə də, Azərbaycan yüksək xətlə inkişaf etməyə başlayıb və həmçinin Türkiyə də faydalanır. Yalnız Ermənistan bundan istifadə edə bilmir, çünki inadkar bir şəkildə Azərbaycan torpaqlarına qarşı işğalçılığını davam etdirir. Ermənistana müraciət etmək istəyirəm. Qafqaz nefti Avropaya nəql edildikdə, Ermənistan onun bir hissəsi ola bilər. Ermənistan və Azərbaycan arasında barışıq görsək, çox şad olarıq”.