adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Noyabr 2014 12:54
3388
SAĞLAMLIQ
A- A+

Əhalinin səhiyyə sisteminə etimadı araşdırılır

Azərbaycanda əhalinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi məqsədi ilə tədqiqatlara başlanılıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) verilən məlumata görə, tədqiqatlar Bakı, Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də Lənkəran Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarının ilkin səhiyyə xidmətləri göstərən dövlət tibb müəssisələrində aparılır. Əldə olunmuş məlumatlar əsasında təhlillər aparılacaq və hesabat hazırlanacaq.

Tədqiqatın nəticələrinin ilin sonunadək ictimaiyyətə açıqlanması planlaşdırılır.