adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Noyabr 2014 12:12
3923
SAĞLAMLIQ
A- A+

İnternetin insana daha bir ziyanı

İnternet insana təkcə şüalanma ilə deyil, həm də orqanizmin formalaşması baxımından ziyanlıdır. Surgical Technology International jurnalında dərc edilmiş məqalədə bildirilir ki, sosial şəbəkələrdə saatlarla "oturan”, Google-da axtarış edənlər bellərini əyərək oturduğundan  boyun fəqərələrini gərginləşdirir.

Nəticədə başın qeyri-təbii vəziyyəti bel sütununa güclü təzyiq göstərir ki, bu da zamanla sağlamlığa bərpaolunmaz zərər vura bilər.

Böyük insanın başı ayaqüstü vəziyyətdə təxminən orta hesabla 4,5-5.4 kq təşkil edir. Başı aşağı əydikdə boyun fəqərələrinə yüklənmə kəskin artır və 27 kq-a çata bilər. 

Həkimlər xəbərdarlıq edirlər  ki, belə yüksək yüklənmə vaxtından əvvəl problem yarada, hətta onurğaarası disklərin qırılmasına səbəb ola bilər.