adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

İŞİD-dən təhlükəli…

SEYİD ƏZİMBƏYLİ
380059 | 2014-11-24 12:10

AzərbaycanSilahlı Qüvvələri noyabrın 12-də düşmən ordusuna məxsus hərbi helikopterivurdu. Bu, sözün həqiqi mənasında həm qəhrəman Azərbaycan Ordusuna inamıartırdı, həm də ölkədə milli vətənpərvərlik ruhunun dirçəlişində yeni bir stimulyaratdı. Milli Ordumuzun bu uğurlu əməliyyatı həm siyasi, həm də hərbi cəhətdənAzərbaycanın mənafeyinə xidmət göstərən əlamətdar bir hadisəyə çevrildi.

Bu hadisənin baş verdiyi dönəmdə ölkəmizdə qonaq olan Qafqaz XalqlarıAli Dini Şurasının üzvlərini qəbul edən ölkə prezidenti, "Bir neçə il əvvəlbizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub.Aşkar ölümə gedib. Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvüredirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öztorpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlakolmamışdır”, - deməsi, şəhidinə sahib olan ölkə başçısı, Ali BKomandan İlham Əliyevin şəhid Milli Qəhrəman Seyid Mübariz İbrahimovuqəlbinin ən dərinliyində qürurla gəzdirdiyini bir daha təsdiqlədi.

Ancaq, son günlər məni və yüzminlərlə ölkə vətəndaşının qəlbini ağrıdan,məmləkətin milli ruhunu alçaldan bəzi yerli telekanalların həyasızcasınahazırladığı verilişlərdir. Sanki bir sıra televiziyalar bu millətin şüuruna,mənəviyyatına və gələcəyinə hazırlanmış "qəsd ssenarisi”ni həyata keçirirlər. Birneçə gün bundan öncə Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Əzizov Rüstəm İzzətoğlu torpaqlarımızın bütövlüyü uğrunda, bizim uğrumuzda şəhid olur. Onun haqqındaAzərbaycanın bəzi tele kanallarında bir neçə saniyəlik xəbər gedir. Amma buxəbərin ardınca canlı efirdə millətin genefonduna, milli kimliyinə yad olanmüğənniyə bənzər birisinin köpəyinin təbliğatı aparılır. Təsəvvür edin, onunuğrunda öldürülmüş müqəddəs şəhidinə bir dəqiqə vaxt ayırmayan belə televiziyakanalları ədəbdən və həyadan, eləcə də vətənpərvərlik hisslərindən məhrum olanbir cahilin itinə dəqiqələrlə efir vaxtı ayırır. Milli mənafelərimizi ayaqlaraltına atan belə televiziya "başbilənləri”nin bu nalayiq, xain əməlləriAzərbaycan dövlətçiliyinin bütövlüyünə ən böyük təxribat və qəsd aksiyasıdır. Mətbəximizəqədər soxulan bu "verilişlər” dünyanı qorxu altında saxlayan İŞİD qədərtəhlükəlidir.

Çox maraqlıdır ki, ən böyük təbliğat vasitəsi olanteleviziyalarımızın milli-mənəvi dəyərlərə endirdiyi ard-arda zərbələrin hərgün şahidi oluruq. Telekanallar sanki bir-biriləri ilə yarışa giriblər.Televiziya kanallarında gedən bir sıra verilişlərə ekspert qismində dəvətolunan "böyük kişilər” isə əslində bu xalqın və dövlətin əsl düşmənləridir. Öznəslində, ailəsində, sözün həqiqi mənasında, qəbul olunmayan bu nalayiq "böyükkişilərin” televiziyaların efirlərini bəzəməsinin özü belə bu xalqa ən böyükhəqarətdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanda milli adət-ənənələrinvə vətənpərvərlik şüurunun zədələnməsinə ən böyük "xidmət”i elə bu kimi televiziyalarınxəyanətindən qaynaqlanır.

Azərbaycanınbütövlüyü, Qarabağın işğaldan azadlığı naminə bütün televiziya rəhbərlərinəmüraciət və israrla tələb edirəm ki, milli kimliyimizin qorunmasında,vətənpərvərliyin təbliğində və digər dövlətçiliyə bağlı məsələlərə öztelekanallarında xüsusi önəm versinlər. Onsuzda tarixdə bu millətə özmənafələri naminə xəyanət edən yüzlərlə məqam sahibi vəzifələrindən sui-istifadəedərək etdikləri pisliklərin qarşılığında Uca Allahın və xalqın lənətini dəözlərinə qiyamətə qədər haqq ediblər. Dövlətçilik prinsiplərinin, milliözünüdərkin vətəndaşlarımıza, xüsusilə gənclərimizə doğru aşılanmasında vəmaariflənməsində televiziya verilişlərinin ayrıca rolu olmalıdır. Gəlin, butarixi rolu öz şəxsi istəklərinizin girovluğunda əsir saxlamayaq. Onsuz dadüşmən əsirliyində Vətən adına girov qalan yüzlərlə igid oğlanlarımız,uşaqlarımız, qız-gəlinlərimiz var. Hələ şəhid məzarlarımızı demirəm.

ŞərqşünasSeyid Camal Əzimbəyli


Yazarın digər yazarlar

TƏQVİM / ARXİV