adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Noyabr 2014 12:04
2711
GÜNDƏM
A- A+

Büdcənin təsdiqlənəcəyi vaxt müəyyənləşdi

Noyabrın 20-də müzakirəsi başa çatan və səslənən təkliflərlə birlikdə baxılması üçün hökumətə göndərilən 2015-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin təsdiqinə veriləcək. 


MM-dən Adalet.az-a verilən məlumata görə, bu məqsədlə noyabrın 28-nə plenar iclas təyin olunub.

 

İclasda başqa məsələlər də müzakirə olunacaq. Bunlar "Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında” sənəd, Vergilər Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişikliklər və daha bir neçə məsələdir.