adalet.az header logo
  • Bakı 18°C
24 Noyabr 2014 12:00
3471
DÜNYA
A- A+

Türkiyədə daha bir mədən qəzası

Türkiyənin Karaman vilayətində yerləşən Ermenek kömür mədənində daha bir qəza baş verib.

ANS TV-nin məlumatına görə, axşam saatlarında minlərlə ton suyun dolduğu mədəndə istinad divari uçub. Hadisə zamanı oktyabrın sonunda baş verən qəza nəticəsində orada qalan işçilərin axtarışları davam edirdi. Qəza axtarış işlərinin bir müddət dayandırılmasına səbəb olub. İndiyədək 10 mədənçinin taleyi barədə heç bir məlumat əldə edilməyib. Onların yerin 300 metr dərinliyində qaldığı ehtimal olunur.

Son bir neçə həftə ərzində aparılan axtarış işləri nəticəsində 8 işçinin meyitini çıxarmaq mümkün olub.