adalet.az header logo
  • Bakı 19°C
24 Noyabr 2014 11:40
2597
MƏMLƏKƏT
A- A+

Temperatur iqlim normasından aşağı olub

Yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək

 Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşadMəmmədova açıqlamasında bildirib ki, bu, ilkin proqnozdur və yaxın saatlarda daha ətraflı məlumat veriləcək.

Onun sözlərinə görə, dünən ölkə ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb. Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.