adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Noyabr 2014 11:39
2440
GÜNDƏM
A- A+

Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana gələcək

Noyabrın 28-də Avropa Komissiyasının vitse-prezidenti, enerji məsələləri üzrə komissar Maroş Şevçoviç Azərbaycana gələcək. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib.

Səfərin əsas məqsədi Cənub Qaz Dəhlizi ilə bağlı müzakirə aparılmasıdır. M. Şevçoviç noyabrın 26-da Qazaxıstana, daha sonra isə Azərbaycana səfər edəcək. Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.