adalet.az header logo
  • Bakı 18°C
24 Noyabr 2014 11:29
7012
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlı öldürüldü

Rusiyada 46 yaşlı azərbaycanlı iş adamı öldürülüb. Adalet.az-ın məlumatına görə, qətl hadisəsi Krasnoyarsk vilayətində Şuşensk qəsəbəsində törədilib. Hadisə ilə bağlı 22 yaşlı Tuva sakini tutulub.

Azərbaycan vətəndaşının itməsi haqqında məlumatı polisə onun yaxınları veriblər. Bundan sonra onun axtarışı başlayıb.

Məlumata görə, adı açıqlanmayan iş adamı adıçəkilən rayona 40 min rubl borcunu götürmək üçün gəlib. Ev sahibi olan qadın isə evini Tuvada yaşayan qardaşlarına əmanət edərək istirahətə yollanıb.

"Hadisə baş verən gün kişilər qarajda maşın təmir edib və içki içib. Zərərçəkən borcunu tələb edəndə və girov müqabilində maşının açarlarını istəyəndə onlar arasında mübahisə düşüb. Nəticədə 22 yaşlı gənc Azərbaycan vətəndaşının ürəyindən bıçaqlayıb. Hadisədən sonra şübhəli şəxs və yaxınları meyitdən canlarını qurtarmaq qərrarına gəliblər. Onlar meyiti xalçaya bükərək qəsəbədən 40 km aralıdakı meşəyə aparıblar", deyə polisin məlumatında bildirilir.