adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Noyabr 2014 10:29
4948
GÜNDƏM
A- A+

Azərbaycanda 6 rayonun prokuroru dəyişdirilib - Video

Baş prokuror Zakir Qaralov bununla bağlı əmr imzalayıb

Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Apa-nın sorğusuna cavab olaraq bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev tutduğu vəzifədən azad edilərək Zaqatala rayonun prokuroru, Beyləqan rayon prokuroru Muxtar Eminov Göyçay rayon prokuroru, Göyçay rayon prokuroru Fuad Məmmədov Goranboy rayon prokuroru, Saatlı rayon prokuroru Tariyel Ələkbərov Cəlilabad rayon prokuroru, Zəngilan rayon prokuroru Azər Osmanov isə Beyləqan rayon prokuroru vəzifələrinə təyin ediliblər.