adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Evfemist yazı

16115 | 2008-01-19 00:12
Çalıb-oxumağı hər şeydən çox sevsək də hər şeydən pis bacarırıq. Xüsusi günləri heç bir qradiyentin ölçə bilməyəcəyi basırıq süfrələrlə yola veririk. Bayram, ad günləri, toy, yubiley və s. kimi kütləvi hadisələrdə ilk işimiz yemək qatları hazırlamaq olur. Hətta planetin ən mühüm hadisəsini -yeni ili də qeyd etmədə növbətçi xörəklərlə haşiyələnən və kifayətlənən şam yeməyindən başqa ağlımıza heç nə gəlmir.
   
   Bu il dövlət əvəzimizə işi öhdəsinə götürdü. Karnaval, süni qar, işıqlar. Yekdilliklə, ya da həmrəyliklə millət sübut etdi ki, bizə karnaval-zad lazım deyil. O yeni il gecəsi ki, evdə oturub kanalların hazırladığı səfeh verilişlərə baxmadın, içib ağzına gələni danışmadın, sonra saat 12 olmadan, yeni il gəlməyə macal tapmadan yatmadın nə bayram ləzzəti?
   
   Müşahidə etdim ki, ictimai psixologiya yalnız bayramları bərbad günə qoymur. O, kədəri də qorxudur. Məsələn, yas mərasimlərini izlədim. Yasa proqramlı yanaşma özü də səhnələşdirilmiş saxta formada ictimaiyyətimizin qeybətdən başqa heç bir xroniki və ya səmimi hiss sahibi olmadığını izlətdi. Düzü, heç vaxt Azərbaycanda keçirilən yas hoqqasına diqqət verməmişdim. Yazdığın üçün sosial-ictimai gedişatı mühafizə etməli olursan. Bu adamlar niyə matəm edirlər əslində? Yox, bu adamlar niyə belə matəm edirlər?

TƏQVİM / ARXİV