adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Noyabr 2014 15:26
5553
MƏMLƏKƏT
A- A+

Balıq satışı qaydaları sərtləşdirildi

Azərbaycanda balıq məhsullarının satışı üçün "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən KİV-ə bildiriblər ki, qaydaya edilən əlavəyə əsasən, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçiriləcək.