adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2014 15:15
3691
SİYASƏT
A- A+

Müsavatın ümumrespublika müşavirəsi keçirilir

Noyabrın 23-də Müsavat Partiyasının Ümumrespublika müşavirəsi başlayıb. Partiyanın qərargahında keçirilən tədbiri Müsavat başqanı Arif Hacılı Müsavatın himni ilə açıq elan edib. 


Adalet.az-ın məlumatına görə, A.Hacılı çıxışında son aylar keçirilən zona müşavirələrindən söz açıb və bu tədbirlərin davamlı olacağını vurğulayıb. 

Eyni zamanda, ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən danışan A.Hacılı deyib ki, Müsavat Partiyası bununla bağlı qərar verib və iştirakı rayon təşkilatlarının öhdəsinə buraxıb. Bəzi rayonlarda müsavatçıların seçkiyə qatılmaq istəyini müsbət qarşılayan A.Hacılı deyib: "Hər halda, seçkidə iştirak etmək iştirak etməməkdən daha yaxşıdır”. O həmçinin qeyd edib ki, seçkidə iştirak etmək niyyətində olan müsavatçılara təzyiqlər var. 

A.Hacılı Müsavatın sonuncu qurultayından və başqanlıq seçkisindən narazı qalmış partiya üzvlərindən də danışıb və deyib ki, narazıların təklifləri və müzakirələri partiya daxilindən kənara çıxıb: "Çox böyük bir diskussiya başlayıb. Müsavata heç bir rəğbət bəsləməyən çevrələr bundan istifadə edir. Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən istifadə etməkdədir”. 

Tədbirdə keçmiş başqanlığa namizədlərdən Qubad İbadoğlu və Tural Abbaslı da iştirak edir.