adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Noyabr 2014 14:48
4166
LAYİHƏ
A- A+

“Şahdəniz-2” çərçivəsində Gürcüstanda yeni terminal açılıb

Noyabrın 22-də Potidə "Şahdəniz-2" layihəsi çərçivəsində yeni nəqliyyat terminalının təntənəli açılışı olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər rəsmi şəxslər çıxış ediblər.

 

Mərasimə hökumət və diplomatik korpus nümayəndələri qatılıblar.
 

 

İ. Qaribaşvili çıxışında "Şagdəniz-2" layihəsi çərçivəsində açıqlan nəqliyyat terminalının Azərbaycan və Gürcüstan vasitəsilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üçün lazım olan boruların və digər avadanlıqların daşınmasını təmin edəcəyini bildirib.

 

Baş nazir "Şahdəniz-2" layihəsinin əhəmiyyətini də qeyd edib: "Bu layihə Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini gücləndirəcək ən çətin və mürəkkəb enerji layihələrindən biridir. Layihəyə Avropanın yeni və alternativ cənub dəhlizi kimi baxılır. İndi Gürcüstanda sağlam və azad biznesin inkişafını təmin edən mühit var, loqistik və nəqliyyat şirkətlərinin keyfiyyətli işləməsi üçün əlverişli şərait yaradılıb. Gürcüstan hökuməti bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazırdır”.

 

Qeyd edək ki, nəqliyyat terminalında 100 yeni iş yeri açılacaq və obyektin anbar infrastrukturu 4 hektar sahəni əhatə edəcək.

 

"Şahdəniz- 2" layihə çərçivəsində qaz hasilatı 2018-ci ilə planlaşdırılır. Qazın Türkiyəyə çatdırılması 2018-ci ildə, Avropa bazarına nəqli isə 2019-cu ildə nəzərdə tutulur. "Şahdəniz-2" layihəsinin ümumi dəyəri 28 mlrd. dollar təşkil edəcək.