adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Noyabr 2014 12:57
3952
SİYASƏT
A- A+

Davudoğludan ermənilərə mesaj

Cənubi Qafqazdakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu İstanbulda enerji sammitində çıxışı zamanı deyib. Trend xəbər verir ki, bu barədə şənbə günü "TRT Haber" telekanalı məlumat yayıb.

Davudoğlunun sözlərinə görə, Türkiyə daim Cənubi Qafqazdakı münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həllinin tərəfdarı olub.

Baş nazir deyib ki, Cənubi Qafqazdakı münaqişələrlə yanaşı, qonşu ölkələrdə də problemlər mövcuddur və Ankara regionda sabitliyin tərəfdarıdır.

Davudoğlu bildirib ki, regionda münaqişələrə baxmayaraq, Azərbaycan iqtisadiyyat və energetika sahələrində ciddi uğurlar əldə edib: "Azərbaycanın həmin uğurlarından Türkiyə və Gürcüstan faydalanıb, Ermənistan isə kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının işğalıdır”.

Türkiyənin Baş naziri Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməyə çağırıb.