adalet.az header logo
  • Bakı 19°C
22 Noyabr 2014 21:29
10999
MƏMLƏKƏT
A- A+

Almaniyada yeni azərbaycanlı gənclər təşkilatı yarandı

Bu günlərdə Almaniyanın Thüringen Bundestaqında təhsil alan azərbaycanlı tələbələrin Thuringen Azerbaijani Students Association(Thüringen Azərbaycanlı Tələbələr Assosiasiyası ) (TASA) adlı təşkilatın təsis konfransı keçirilib. Bu barədə məlumatı Thuringen Azerbaijani Students Associationdən bildiriblər. Məlumatda bildirilir ki, konfrans Thüringen Bundestaqının Jena şəhərində Fridrix Şiller Jena Universitetinin Beynəlxalq Mədəniyyət Mərkəzində keçirilib. Konfransda Thüringen Bundestaqının müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. 
Assosiasiyanın fəalı Təhmasib Əlizadənin açılış nitqindən öncə Azərbaycan Respublikasının dövlət himni oxunub və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Konfrans iştirakçıları təşkilatın idarə heyətinini və sədrini seçiblər. İdarə Heyətinin tərkibi müəyyən olunub.
Assosiasiyaya sədr kimi Alı Adıgözəlin namizədliyi irəli sürülüb və yekdiliklə təsdiq olunub. Sonra isə Təhmasib Əlizadə çıxış üçün sözü "TASA”-nın sədri Alı Adıgözələ verilib. Alı Adıgözəl bu təşkilatın yaranma zərurəti və məqsədindən danışaraq bunları qeyd edib : " Bizim bu təşkilatı formalaşdırmaqda məqsədimiz burda təhsil alan azərbaycanlı tələbələr arasında əlaqə mühiti yaratmaq, yeni gələn tələbə və imiqrantlara yardımçı olmaq və milli mədəniyyətimizi Almaniya cəmiyyətində təbliğ etməkdir. Biz gənclər olaraq bu təşkilatın adı altında millətimizə və dövlətimizə xidmət etməyi əsas hədəf kimi götürmüşük. Və bu istiqamətdə ardıcıl layihələr reallaşdırmağı düşünürük”,-deyə A.Adıgözəl əlavə edib.
Sonra isə Bəhlul Məhərrəmov, Qasım Yezdani və Arzu Həsənzadə təşkilatın gələcək fəaliyyət istiqaməti barədə çıxışlar ediblər. Digər konfrans iştirakçıları da öz çıxışlarında təşkilatın yaranma təşəbbüsünü təqdir edərək və fəaliyyətlə bağlı öz təkliflərini veriblər.