adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Noyabr 2014 21:26
4715
SİYASƏT
A- A+

Ermənistan NATO PA-dan qovulmalıdır

NATO Parlament Assambleyasının Haaqada keçirilən toplantısında İŞİD terrorçularının həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində İraqda və Suriyada yaranmış vəziyyət, o cümlədən qaçqınlarla bağlı durum müzakirə olunub. 
Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib. 
Müzakirə olunan mövzu ilə bağlı çıxış edən BAXCP sədri Ermənistanın işğalçı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının öz ev- eşiyindən didərgin düşdüyünü xatırladıb. Qüdrət Həsənquliyev qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti NATO PA-nın və burada təmsil olunan ölkələrin elan etdiyi prinsiplərə ziddiyyət təşkil edir: "Ermənistan NATO Parlament Assambleyasında təmsil olunan yeganə ölkədir ki, başqa bir dövlətin ərazisini işğal altında saxlayır. Hesab edirəm ki, Ermənistan heç bir halda NATO PA- da təmsil oluna bilməz və işğalçı olkə buradan qovulmalıdlr"