adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Noyabr 2014 18:19
4681
ƏDƏBİYYAT
A- A+

70 ildən sonra tapılan hekayə

Amerikalı ədib Con Steynbekin itmiş hesab olunan "With Your Wings” (Sənin qanadlarınla) adlı hekayəsi 70 il sonra tapılıb. "The Stand” adlı jurnalın baş redaktoru olan Andrev Qullinin Texas universitetinin arxivlərində işləyərkən sözügedən hekayəni tapıb. Hekayə nəşr edilmək üçün hazırlanır. Con Steynbekin 1944-cü ildə Orson Velles ilə birlikdə radio proqramı üçün yazdığı "With Your Wings” hekayəsi İkinci Dünya müharibəsi illərində hərbi pilot olan zənci bir qəhrəmanın həyatından bəhs edir. Hekayə "BBC”də bir radio proqramında Velles tərəfindən oxunub. Bundan sonra itkin düşən hekayənin izi də qalmayıb. 
"Siçanlar və Adamlar”, "Qəzəb üzümləri” kimi məşhur əsərlərin müəllifi olan Steybek kitablarında tez-tez ictimai mövzulara, xüsusilə, sosial ədalətsizliyə müraciət edib, irqçilikdən bəhs edib.