adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2014 18:00
12461
MƏDƏNİYYƏT
A- A+

Turkvizyon 2014 mahnı müsabiqəsinin qalibi Qazaxıstan oldu

Turkvizyon 2014 mahnı müsabiqəsinin qalibi qazaxıstanlı müğənni Zanar Duqalova olub. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatarıstanın Kazan şəhərində baş tutmuş müsabiqədə Z. Duqalova 225 xalla qalib gəlib. İkinci yeri isə 201 xalla tatar Aydar Süleyman qazanıb. Vokalistlərin səslərini münsiflər heyətində hər türkdilli xalqdan təmsil olunan nümayəndə dəyərləndirib.

Finalda 15 iştirakçı çıxış edib. Azərbaycan bu yarışda "Azərbaycanın səsi” yarışmasının qalibi Elvin Ordubadlı ilə təmsil olunub. O, müsabiqədə Türkiyədən olan Ayşə Birgül Yılmaz və əməkdar artist Elza Seyidcahanın yazdığı "Nəhənglərin tənhalığı” adlı mahnı ilə çıxış edib.

Qeyd edək ki,  Turkvizyon Eurovision yarışmasına alternativ olaraq yaradılıb. İlk müsabiqə ötən il Türkiyənin Eskişehir şəhərində keçirilmişdi.