adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2014 16:40
5609
ƏDƏBİYYAT
A- A+

Qabriel Markez ədəbi mükafatının ilk qalibi bəlli oldu

Dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsiya Markezin adını daşıyan ədəbi mükafatın ilk qalibi argentinalı yazıçı Giyermo Martines olub. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatın təqdimatı Kolumbiyanın paytaxtı Boqota şəhərində baş tutub. Prezident Xuan Manuel Santos da mükafatın təqdimlounma mərasimində iştirak edib və bu mükafatın təsisinin böyük yazıçının layiqli anımı adlandırıb.

"Qabriel Markes” mükafatının laureatı Giyermo Martines bu mükafatı "İyrənc xoşbəxtlik” hekayələr toplusuna görə alıb. 

"Qabriel Markez” mükafatının populyarlaşması üçün bundan sonra başqa ədəbi janrlarda da mükafatlandırma mərasimlərinin keçirilməsi nəzərdə tutulub.