adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2014 15:50
6888
SAĞLAMLIQ
A- A+

Qocalmanı gecikdirən ədviyyatlar

Ədviyyatları yeməklərə gözəl qoxu və tam versin deyə əlavə edirik. Amma bununla belə orqanizm üçün necə böyük yaxşılıq etdiyimizin fərqində deyilik. Belə ki, ədviyyatlar bir çox problemləri aradan qaldırmaqla qocalmanın qarşısını alır. Aşağıda sadaladığımız ədvaları yeməklərinizə qatsanız, tezliklə faydalarını da görəcəksiniz. 

Razyana
 
Dəridəki qızartıları və qıcıqlanmanı aradan qaldırır. Bundan başqa günəş şüalarının zərərli təsiri ilə mübarizədə orqanizmə kömək edir. Ona görə də həssas dəri sahibləri üçün əvəzedilməz ədvadır. 

Mixək
 
Gözəl qoxulu mixəyi çaylarınızda tez-tez istifadə edin. Mikrob əleyhinə antiseptikdir. Ağrıkəsici effektə malik olan mixək həm də həzm prosesini yaxşılaşdırır. 

İstiot
 
İstiotun bütün növləri (ağ, qara, qırmızı, yaşıl) qanın bədəndə dövranını tənzimləyir. Toxumaları zərərli maddələrdən təmizləyir. Daimi, amma həddində istiotdan istifadə edənlərin dərisi parlaq olur. 

Sarıkök
 
Təzə döyülmüş sarıkök xərçəng xəstəliyinin növlərinin müalicəsində çox təsirlidir. Bütün dəri xəstəliklərində faydalıdır. Antiseptik xüsusiyyətə malikdir. 

Darçın
 
Tərkibindəki antioksidantlarln yardımıyla darçın iltihabın qarşısını almaqda çox xeyilrlidir. Dərini təmizləyir, daha elastik və hamar edir. 

Sadaladığımız ədviyyatları yeməklərə, salatlara, ət və balıq məhsullarının hazırlanmasında, eləcə də çay və südə azacıq qatmaqla yaşlanmanı gecikdirə bilərsiniz.