adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Noyabr 2014 13:18
6936
LAYİHƏ
A- A+

İsmayıllı göz oxşayır

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam". Bu diqqət və qayğının müntəzəmliyinin, ardıcıllığının, yeni maliyyə dəstəkləri ilə möhkəmlənməsinin nəticəsidir ki, İsmayıllı sürətli sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.
2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun etdiyi məruzədə çoxistiqamətli inkişafın yüksək nəticələri hərtərəfli əksini tapmışdır.
Rayonda hesabat dövründə müqayisəli qiymətlərlə 122 milyon 506 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Sənaye sahəsində 2,5 faiz, kənd təsərrüfatında 3,1 faiz, nəqliyyatda 3,7 faiz, rabitə sahəsində 1,3 faiz və ticarətdə 37,3 faiz artım əldə edilmişdir.
Rayon büdcəsinin gəlir hissəsi 15 milyon 472 min 402 manata qarşı 15 milyon 748 min 987 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 101,8 faiz yerinə yetirilmişdir.9 ayda əhaliyə 15 milyon 143 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 82 milyon 111 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 milyon 817 min manat və ya 10,5 faiz artıqdır. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 23,6 manat artaraq 258,6 manata çatmışdır.
Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Heydər Əliyev adına Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuşdur, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının və Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılmışdır. Həmin obyektlərin açılışı sentyabr ayının 22-də cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. İsmayıllı bələdiyyəsinin inzibati binasının, Rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri başa çatdırılmışdır. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülmüş, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilmiş və fasadı müasir memarlıq üslubunda təmir olunmuşdur. M.F. Axundov küçəsində 9 mərtəbəli 2 yaşayış evinin tikintisinə başlanılmışdır. Nizami küçəsində "Soyqrımı" abidəsi qoyulmuş, abidənin ətrafı abadlaşdırılmışdır.Qalınçaq kənd orta məktəbi üçün 360 şagird yerlik, Şəbiyan ümumi orta və Küllülü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kəndində40 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Keyvəndi kəndində 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmiş. Bir sıra obyektlərin tikintisi başa çatdırılmaq üzrədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km. olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Yerli imkanlar hesabına yol Vəng kəndinə tərəf istiqamət alıb.
İsmayıllı-Lahıc avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yolun əsası hazır vəziyyətə gətirilib. 15 kilometirlik hissəyə asfalt döşənib,yolkənarı arxlar tikilib. 4 km. dağlıq hissədə tikinti işləri davam edir. Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km asfalt örtük vurulmuşdur.
Yanvar-sentyabr ayları ərzində 34 küçəsində abadlıq, tikinti və asfalt işləri görülmüşdür.
İsmayıllı aqrar rayon olduğu üçün kənd təsərrüfatı iqtisadiyyatda aparıcı rol oynayır. Hesabat dövründə rayonda istehsal olunan ümumi məhsulun 51,5 faizi kənd təsərrüfatının payına düşür. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 897 min manat artmışdır.
Taxıl istehsalçılarımız dövlətimizin aqrar sahəyə olan diqqət və qayğısından yararlanaraq, eləcə də tətbiq etdikləri mütərəqqi aqrotexniki tədbirlər nəticəsində rayonun tarixində ən yüksək göstəriciyə nail olmuşlar. Cari ilin məhsulu üçün ötən ilin payızında rayonda 28849 hektar sahədə taxıl əkilmişdir ki, onun 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edir. Rayon üzrə məhsul istehsalı 83620 tona çatdırılmış, məhsuldarlıq 28,1 sentner təşkil etmişdir.
Doqquz ayda rayon üzrə diri çəkidə 3899 ton ət, 25613 ton süd, 7 milyon 318 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. İstər baş sayları, istərsə də istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
BMT-nın İnkişaf Proqramı əsasında icra edilən "Azərbaycan Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması" və "Fermerlərin imkanlarının yerli innovasiyalar vasitəsilə zənginləşdirilməsi" layihələri çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılmış və həmin sahələrdə tərəvəz məhsulları istehsal edilmişdir. "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası" layihəsinə uyğun olaraq rayonun Topçu kəndində "Fermer mağazası" açılmışdır.
2013-cü ildə tikilib istifadəyə verilmiş İsmayıllı quşçuluq fabrikində 50 nəfərə yaxın adam işlə təmin olunmuşdur.
Digər quşçuluq müəssisəsi-İsmayıllı quşçuluq ASC-də hesabat dövrü ərzində 90800 baş quş bəslənilmiş, 88302 başı satılaraq 1400 sentner ət istehsal edilmişdir
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə cari ilin fevral ayının 13-də rayonun Təzəkənd kəndində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit yarmarkası keçirilmiş, sahibkarlar kredit almışlar.Ümumiyyətlə, ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonumuzdan olan 70 sahibkara 1 milyon 215 min manat kredit verilmişdir .

(ardı gələn sayımızda)
İslam Niftiyev

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ