adalet.az header logo
  • Bakı 18°C
22 Noyabr 2014 12:55
3940
SİYASƏT
A- A+

ATƏT səhvini başa düşdü

"Neytral ərazi" ifadəsi dəyişdirilib

ATƏT-in Minsk Qrupuhəmsədrlərinin 19 noyabr tarixli bəyanatına dəyişiklik edilib. ATƏT-in rəsmi saytında Minsk Qrupu həmsədrlərinin bəyanatında bundan əvvəl işlədilmiş və Azərbaycanın etirazına səbəb olmuş "neytral ərazi” ifadəsi "məskunlaşmamış ərazi” ("no mans land”) ifadəsi ilə əvəzlənib.

Xatırladaq ki, həmsədrlər Ermənistan hərbi helikopterinin vurulduğu zonanı (Ağdam rayonu ərazisində) "neytral ərazi" adlandırmış və tərəfləri ərazinin minalardan təmizlənməsinə çağırmışdılar.