adalet.az header logo
  • Bakı 17°C
22 Noyabr 2014 11:43
5817
KRİMİNAL
A- A+

Axtarışda olan şəxs saxlanıldı

Martın 11-də Babək prospektində Arif Mirzəyevin iş otağından 1101 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu şəxs 1954-cü il təvəllüdlü Çingiz Musayevdir. Onu Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ələ keçiriblər. Araşdırma zamanı onun üzərindən 5,23 qram marixuana aşkar olunaraq götürülmüşdür.