adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2014 05:13
5026
MƏMLƏKƏT
A- A+

İtaliyaya gedərkən cərimə olunmaq istəmirsinizsə OXUYUN

İtaliyanın Venesiya şəhəri rəhbərliyi təkərli çemodanların istifadəsini qadağan etməyə hazırlaşır. Bu şəhərə səyahət edən turistlər istifadə edəcəkləri çemodanın həcminə və təkərinin sərtliyinə görə 100 ilə 500 avro arasında cərimə olunacaq. 

Qadağaya səbəb kimi, təkərin çıxaracağı səsdən sakinlərin narahat olması ehtimalı göstərilib. Turistlərə isə yumşaq təkərli çemodanlardan istifadə etmək məsləhət görülüb. 

Venesiya şəhərinin xüsusi komissarı Vittorio Zappalorto çemodan təkərlərinin çıxardığı səsin dözülməz həddə çatdığını deyib. 

"Bu şəhərə hər il 20 milyon turist gəlir. İlin hər ayı buraya turist olur. Onların təkərli çemodanlarının çıxardığı səsi siz təsəvvür edin”. 

Təkərli çemodan qadağasının 2015-ci ilin may ayından qüvvəyə minməsi gözlənilir.