adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Noyabr 2014 17:07
4895
ƏDƏBİYYAT
A- A+

Azərbaycanla Gürcüstan arasında tarix dərsliyi qalmaqalı

Gürcülər Azərbaycanı "tarixi şantaj"da ittiham etdi

Gürcü qəzeti "Kviris palitra” Azərbaycan məktəblərində tarix dərsinin tədrisi ilə bağlı qalmaqallı məqalə dərc edib.

Avropa.info xəbər verir ki, qəzet Qafqaz regionunun tarixinin təhrif edildiyini iddia edir.

Azərbaycan məktəblərində tədris edilən 8-ci sinif tarix dərsliyi əsas gətirilərək məqalədə deyilir:

"Gürcü və erməni feodalları Bizansın köməyi ilə səlcuqlu türklərinə qarşı xaçlı yürüşləri təşkil etdilər. Mübarizə üçün onlar xaçlılarla ittifaq bağladılar. Beləliklə, onlar müsəlman faktorunu Qafqazdan sıxışdırıb çıxarmağa və Azərbaycan torpaqlarını parçalamağa cəhd etdilər. 1120-ci ildə IV David Şirvana hücum etdi, Qəbələ şəhəri və ətrafını yağmaladı, Azərbaycan sərvətlərini talayıb getdi. 1122-ci ildə Tiflis gürcülərin əlinə keçdi".

Gürcü qəzeti dərsliyi tamamilə siyasiləşdirilmiş vəsait adlandırıb. Buna əsas kimi orta əsrlərdə Azərbaycan adlı dövlətin olmaması göstərilir. Gürcüləri daha da hiddətləndirən məqam tarix dərsliyinin Gürcüstanda yaşayan azərbaycanlılara tədris edilməsidir.

Qəzetə açıqlama verən professor Caba Samuşiya yazılanları "tarixi şantaj” adlandırıb. O, məsələnin diplomatik səviyyəyə qaldırılmasını tələb edib. Müəllifə görə tarixin belə izahı milli nifrətə zəmin hazırlayır.