Özümlə müsahibə

ETİBAR CƏBRAYILOĞLU
49923 | 2008-01-12 00:18
Sovet hökumətinin 7-8 babat qayda-qanunu vardı. Onlardan biri yaman xoşuma gəlirdi. Hər ilin sonunda və ya yeni ilin əvvəlində yaradıcı adamlardan müsahibə götürürdülər. Yazıçılar deyirdi ku, filan romanımı bitirmişəm, filan kitabım çapa hazırdır. Şairlər poemalarından danışırdıar, rəssamlar portiretdən-filandan söz edirdilər. Aktyorlar oynadıqları rollar barədə hesabat verir, çəkiləcəkləri filmlərdən kadrlar danışır, yaradıcılıq planlarını açıb-tökürdülər.
   
   İndi daha sovet dövrü yoxdur, nəsə başqa bir quruluşdu. Daha heç kim yaradıcı adamlardan müsahibə götürmür. Bunu dəqiq bilirəm. Elə mən özüm xeyli gözlədim, nə zəng edən müxbir oldu, nə də taxta qapımı döyən qəzetçi. Nə olar, bircə ATƏT-in Minsk Qrupu həmsədrlərindən qurtulmağın yolu yoxdur. Hər şeyə çarə tapmaq mümkün işdi. Evdə oturub xoruzquyruğu çay içə-içə özümdən müsahibə götürdüm. "Ədalət"in çoxsaylı oxucularının təkidli xahişlərini nəzərə alıb eksklüziv müsahibəni təqdim edirəm.
   
   - Xoş gördük. Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm.
   
   - Məhz Sizin qəzetə müsahibə verməyi özümə borc bildim.
   
   - Başlaya bilərikmi?
   
   - Buyurun.
   
   - Artıq yola saldığımız 2007-ci il Sizin üçün necə yadda qaldı?
   
   - Çox gözəl və olduqca maraqlı sualdır.

TƏQVİM / ARXİV