adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ÜRƏKLƏRƏ GEDƏN YOLUN YOLÇUSU

BABƏK YUSİFOĞLU
45785 | 2010-07-06 01:44

Mənçox illər bundan qabaq məşhur italyan yazıçısı Rafaello Covanyolinin "Spartak”romanını oxuyanda uzun müddət əsərin təsirindən çıxa bilməmişdim. Və özümdənasılı olamayaraq köləliyə üsyan etmiş, azadlıq üçün güçü daxilində olan və gücüdaxilində olmayan bir nəhəng mübarizəinin zindan kimi ağırlığı altınaçiyinlərini, hətta ürəyini vermiş, məhv olacağını bildiyi halda yoldaşlarınıburaxıb öz həyatını xilas etmək haqqında düşünməmiş bu qəhramanın obrazı mənimyaddaşımda "Spartak” filımində seyretdiyim Kerk Duqlasın simasında özünə yer eləmişdi.

Ovaxtlar mənə elə gələrdi ki, məhz tarixə adını yazmış Spartak elə KerkDuqlasdı. Amma gerçəyin belə olmadığını hər halda bilməmiş deyildim. Sadəcəolaraq bu aktyor bütün çalarları ilə tarixdə yaşamış Spartak olmağı bacarmışdı.Və sonradan öyrəndim ki, filmə baxanların böyük əksəriyyəti elə mənim kimi düşünürmüş.

                                                        EMİQRANTLAR

Kerk 1916-cı il dekabrın 09-da ( bəzi mənbələrdə onun doğulduğu aydekabr yox, sentyabr göstərilir) Amerika Birləşmiş Ştatlarında – Nyu-York şəhərindədünyaya gəlmişdi.Əslində onun ailəsi yerli deyildi. Onun yəhudi kökənli valideynləri – atasıQerşl Daniloviç və anası Brayna ailə qurandan çox az sonra, yəni ötən əsrinəvvələrində – 1908- ci ildə BelorusunQomel şəhərindən Amerikaya mühacirət etmişdilər. Və bundan sonra müəyyənsəbəblər üzündən adlarını və soyadlarını dəyişdirərək Herri və Berta Demskiolmuşdular. Qeyd edək ki, Kerk Duqlas kimi dünyada məhşur olan aktyorun əsl adıda başqa idi: İssur Daniloviç Demski...

Kerkailənin dördüncü uşağıydı və onun özündən başqa altı bacısı vardı. Əvvəldən dəehtiyac içərisində yaşayan ailəni dolandırmaq valideynləri üçün çox çətinolmuşdu. Bir vaxtlar İssur peşəkər döyüşçü, müxtəlif yerlərdə, hətta şaxtadafəhlə də işləmişdi. Amma görünür həyat onu bu sınaqlardan keçirərək başqa biraləm üçün hazırlayırmış.

Həyatdavam edirdi... O, müqəddəs Lavrentiya universitetində təhsil aldı, daha sonra Nyu-Yorkda Amerika Dramatikİncəsənət Akademiyasında oxudu. Amma bununla yanaşı Kerk həm də teatra,incəsənətə də böyük maraq göstərirdi. Və elə bu sonsuz maraq da onu öz arxasıilə çəkib apardı. İssur 1930-cu ildən başlayaraq teatr səhnəsində müxtəlifrollarda oynadı.

Duqlasİkinci Dünya Müharibəsində iştirak etdi. Donanmada hərbi xidmətini başavurandan sonra geri qayıdıb özünün əsl adı ilə– İssi Demsk kimi Brodveyndə ənmüxtəlif şoularında çıxış etməyə başladı. Amma həyatın sonrakı axarı onu başqabir səmtə aparmaqdaydı. Bu arada o şəxsi həyatında da dəyişiklik eləməyə vaxttapmışdı. Belə ki, Kerk Duqlas 1943-cüildə ailə qurmaq qərarına gəldi vəBermud adalarından olan aktrisa Dayana Dill ilə ailə hayatı qurdu.

Duqlasdaxilən hiss edirdi ki, o, həyatda nəsəbaşqa işlər görməlidi. Və ürəyindəki bu duyğular ona rahatlıq vermirdi.Kerk keçmişdəki yaxın dostlarından birinin, məktəb illərindəki sinif yoldaşıLoren Bekolin köməyi ilə Hollivuda gəlməyi bacardı.

1946-cı ildə tale üzünə güldü və o,"Marta Ayversin qəribə məhəbbəti” filminə çəkildi. Və kinoda ilk debütünü 30 yaşlarındaetdiyini nəzərə alsaq, deyə bilərik ki, Duqlas peşəkar aktyorluğa çox böyükhəyat dərsləri keçdikdən sonra başlayıb. Böyük aktyor özü də çox sonralar buhaqda danışanda deyirdi ki, həyatda yığdığı təcrübələr yaradıcılqda ona çoxkömək eləyir.

                                                     ŞÖHRƏTİN YOLU

Ona növbəti filmə çəkilmək üçün xeylivaxt lazım oldu. Belə ki istedalı aktyor növbəti filmə - "Çempion”da Mica roluna 1949-cu ildə dəvət aldı və işininöhdəsindən layiqincə gəldi. Amma o özü də hiss edirdi ki, bunlar onun üçün hələ çox azdı. Bu tündmavi gözlü, sivriburunlu, əsəbi üz cizgilərinə malik adam sənətdə özünə layiqliyer almaq üçün inadkarcasına çalışırdı. Bəlkə də onun bu inadkarlığı olmasaydıaktyorun parlaq istedadı şöhrətin yüksəkliklərinə qalxmaq üçün kifayətetməyəcəkdi. Çünki Kerkin həyat yolu şanslı adamların həyat yoluna bənzəmirdi.

KerkDuqlas işləməkdən bezmirdi, çəkilməkdən usanmırdı. O işləmək, yenə də işləməkistəyirdi. Sənətə gec, özü də böyük əzab-əziyyətlər hesabına gəlmiş Duqlas məhzbelə işgüzarlığının hesabına 70-dən çox filmə çəkilməyi bacarıb. Və bufilmlərin də hər birində gözəl və yaddaqalan film qəhrəmanları yaradıb.

Kerk Duqlas 1950-c- ildə "Böyükkarnaval”, 1951-ci ildə "Dedektiv hekayət”, 1953-cü ildə "Uliss”,1955-ci ildə"Ulduzsuz adam”...filmlərində özünəməxsus obrazlar qalareyası yaratdı. Artıq o, tamaşaçılarınsevimli aktyoruna çevrilmişdi. İnsanlar onun sənətini alqışlarla qarşılayırdı.Və bu da rejissorlarının diqqətində idi. Onlara məhz həmin tamaşaçılar lazımidi ki, Duqlas da onu qazanmışdı.

Aktyorunatletik bədən quruluşu, döyüşmək bacarığından irəli gələn cəldliyi, hərəkətlərinin səlistliyi onaimkan verdi ki, həmin vaxtlar dəbə minən tarixi əsərlərə, psixoloji realzmi əksetdirən obrazlara, döyüş filmlərinəçəkilsin. 1951-ci ildə Kerk Duqlas "Şüşəheyvanxanada” lentində maraqlı bir obraz yaratdı. 1956-cı ildə "Həyattəşnəsi”ndə (Van Qoq rolu) 1958-ci ildə "Şöhrət cığırları”nda rol aldı vəustalıqla bu obrazları tamaşaçılarin yaddaşına nəqş elədi. Elə həmin ilonun da baş rol aldığı və ekranları bəzəyən "Vikinqlər” filmi tamaşaçılarınrəğbətini qazandı.

Nəhayət, ilyarım sonra ona dünya şöhrəti gətirən məhşurrollarından birini, əzəmətli "Spartak”ı oynadı. Və aktyorun parlaq istedadı, bacarığı bu tarixişəxsiyyəti onu tanımayanlara tanıtdı, tarixin çox uzaq keçmişində, tozlaraltinda qalmış bir üsyankar qladiatoru bu günümüzə gətirərək milyonların sevimlisinə çevirdi.

                                    O DAHAÇƏKİLMƏK İSTƏMƏDİ

Özünü kinorejissorluqda da sınayanaktyor 1972-ci ildə "Avara” və 1976-cı ildə "Dəstə”... filmlərini çəkdi. Qeyd edək ki, o, bu lentlərdə də başrollardda çıxış etməklə filmlər üçün ekran uğurlarına təminat yaratdı. 1980-cıillərdə – Kerk Duqlas artıq filməçəkilməkdən imtina etdi, yalnız başçılıq etdiyi firmanın işləri, siyasət və xeyriyyəçiliklə məşğul olmağa başladı.Qeyd edim ki, onun bacarığı burada da özünü göstərdi. Beləki 1960-70-ci illərdəDuqlas eyni zamanda dörd kommersiya firmasının prezidenti idi. Aktyoru çox yaxındantanıyan E. Kazan onun bütün işlərini xarakterizə edən bir cümlə işlətmişdi. Odemişdi: "Kerkin satdığı ən yaxşı məhsul onun özüdür”.

1971-ci ildə kinoya verdiyi əməyə görə,Kerk Duqlasa "Qızıl ayı”, 1996-cı ildəüç nominasiya üzrə "Oskar”, "Qızıl Yer kürəsi”, 1980-cı ildə "Sezar” və digərmakafatlar təqdim edildi.Amma deyərdim ki, aktyorun bu mükafatlar sırasında ən qiymətlisi tamaşaçısevgisi, tamaşaçı rəğbətiydi. Çoxdandı ekranlarda görünməyən, yeni rolları iləinsanların görüşünə gəlməyən Kerk Duqlası məhz həmin məhəbbətdi ki, unudlmağaqoymayan.

Həmaktyor, həm də bir rejissor kimi sənətdən gedəndən sonra Kerk Duqlas arvadıylabirgə sənət əsərlərinin toplanmasına həsr ediblər. Bundan başqa, Duqlas həm dəyazıçılıq fəaliyyəti ilə də məşğuldur. O bir neçə kəskin süjetli romanın müəllifidir.Böyük aktyor bu dövrlərdə bir avtobioqrafik əsər də yazdı ki, oxuculartərəfindən çox bəyənildi. Yəqin bir çoxları artıq bilir ki, dünyanın müasirkino ulduzlarından biri hesab ediləm Maykl Duqlas Kerkin oğludur. Etiraf etməklazımdı ki, məhşur aktyor Maykl Duqlasınsənətdəki yolunun hamar olmasında atasının şöhrəti, çəkdiyi əziyyətləri,qazandığı ad-sanı heç də az rol oynamayıb.

Sondövrlər Duqlasın işlərlə və hər hansı yaradıcılıq növü ilə məşğul olması tamamarxa plana keçib. Bu qoca dünya hamını yorub əldən saldığı kimi dünya kinosunun"Spartakı”nı da "dizə gətirdi”. Gənclik illərindən fərqli olaraq yaşamaq üçünbütün rahatlıqlarla özünü təmin edən, amma artıq kifayət qədər yaşlaşmışistedadlı aktyor 1995-ci ildə ağır xəstələndi. Həkimlər ona ciddi insultdiaqnozu qoydular. Uzun müddət müalicə olundu. İndi müəyyən qədər yaxşılaşsa dahəkimlərin nəzarətində olan aktyor əvvəlki kimi işləri ilə məşğul ola bilmir.

Bəli, bir zamanlar "Qoca qitədən” "yenidünya”ya – Amerikaya gələn imkansız,kasıb valideynlərin övladı, kimsənin tanımadığı İssur Demski – Kerk Duqlas ən müxtəlif obrazlarlamilyonların yaddaşına köçdü, milyonların tanıdığı insan oldu, dünya kinosutarixinə adını çox böyük hərflərlə yazmağı bacardı.

BABƏK YUSİFOĞLU

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV