adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Noyabr 2014 12:29
10783
TEXNOLOGİYA
A- A+

Xüsusi Dövlət Xidmətindən viruslarla bağlı vətəndaşlara xəbərdarlıq

Son zamanlar Azərbaycan üzərində bir sıra spam və yoluxmuş faylların tranzaksiyasında aktivlik müşahidə olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən  daxil olan məlumata görə, müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif mail hosting və mail istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə "my new photo ;)” mövzusunda olan və "my_photo.zip”, "iphone_photo.zip” , "photo.zip”, "transact_store.zip” və digər bu kimi əlavələrlə (attachment) viruslu məktublar göndərilir.

Aktivliklə əlaqədar olaraq Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi e-mail istifadəçilərini diqqətli olmağa çağırır və bu kimi mailləri açmamaq və dərhal silməklə bağlı xəbərdarlıq edir.

"Bu kimi maillərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur”, - deyə mərkəzin məlumatında qeyd olunur.