adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Noyabr 2014 04:21
3983
ƏDƏBİYYAT
A- A+

Səhifəsi 80000 dollara olan kitab

Qədim rus ədəbiyyatına, daha dəqiq desək, XVI-XIX əsrlərə aid bir neçə kitab hərraca çıxarılacaq.

RİA Novosti agentliyinin verdiyi xəbərə əsasən, nadir rus nəşrlərindən olan İvan Fyodorovun 1580-ci ildə yazdığı "Zəbur ilə Əhdi-Cədid”, eləcə də, 1581-ci ilə məxsus "Öyüdverici İncil” kitabları hərraca qoyulacaq. Auksion 20-21 noyabr tarixlərində gerçəkləşəcək.

Qeyd edək ki, İncilin səhifəsinin birinin auksionda satış qiyməti 70-80 000 dollar, digər kitabın ilkin satış qiymətinin isə 180-200 min dollar olacağı nəzərdə tutulub.

Hərracda eyni zamanda, XX əsrdə yaşamış rus yazıçıların ön sözləri olan kitablar da auksion iştirakçılarına təqdim olunacaq. Bundan əlavə, imperator I Nikolay, III Aleksandr, knyaz Mixail Nikolayeviç, Boqolyubov Sergey Aleksandroviç  və Nicholas Mixayloviçə məxsus imperator  saray kitabxanasının bir sıra kitab və əlyazmaları da satışda olacaq.

Ümumilikdə isə iki gün keçirilməsi nəzərdə tutulan sərgidə 1000-dən çox nadir kitab və əlyazmaların hərraca çıxarılacağı planlaşdırılır.