adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Noyabr 2014 22:55
5041
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanda noyabrın 22-dən 27-dək Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a bildirilib ki, ilk dəfə keçiriləcək Mədəniyyət Günləri ilə bağlı Türkiyə Cümhuriyyətinin Mədəniyyət və turizm naziri Ömər Çeliyin rəhbərliyi ilə Türkiyənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.

Tədbir çərçivəsində noyabrın 23-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında Türkiyə Cumhuriyyətinin Mədəniyyət Günləri"nin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu"nun konserti, noyabrın 24-27-də Muzey Mərkəzində "Əl sənətləri" və "Qadın Başlığı", "Türkiyədən rənglər" foto sərgiləri, noyabrın 25-də Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", ayın 25-26-da Nizami Kino Mərkəzində "Eşq təsadüfləri sevər" və "Yozgat Bules" filmlərinin nümayişi, ayın 26-27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcək.