adalet.az header logo
  • Bakı 17°C
20 Noyabr 2014 21:52
3309
İDMAN
A- A+

Sxadadzedən həmkarına qarşı qeyri-etik hərəkət

Bu gün Topaz Premyer Liqasında XII turunda keçirilən "İnter” – "Xəzər Lənkəran” matçından sonra xoşagəlməz hadisə baş verib. 


Adalet.az-ın məlumatına görə, "bankirlər”in 3:1 hesablı qələbə qazandıqları oyunsonrası paytaxt təmsilçisinin  baş məşqçisi Kaxaber Sxadadze cənubluların məşqçiləri tərəfə qeyri-etik jest göstərib.

Gürcüstanlı mütəxəssisin bu hərəkətindən sonra "Xəzər Lənkəran”ın nümayəndəsi Yunis Hüseynov onu sakitləşdirməyə çalışıb. Daha da hirslənən Sxadadze ona da yumruq atıb.