adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Noyabr 2014 21:04
5683
MƏDƏNİYYƏT
A- A+

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başa çatdı

Bu gün Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalının qapanış mərasimi keçiirlib. 


Adalet.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), münsiflər heyətinin üzvi Yusif Şeyxov (Azərbaycan), Gənclər və İdman Nazirliyinin nümayəndəsi, digər qonaqlar da iştirak edib.

 

Festivalın qran pri mükafatını azərbaycanlı rejissor Rauf Məmmədov alıb. Bundan əlavə "Milli film” naminasiyası üzrə III yeri rejissor Nəsimi Əliyev "Anatoli Banaşevski” adlı filminə görə, II yeri Zamin Məmmədov "Çempion” filminə görə, I yeri isə Vüqar İslamzadə İdman haqqında kommersiya çarxları "Gimnastika və golf” adlı filmə görə qazanıb.

 

"İdman və Dünya” naminasiyası üzrə III yeri Uqanda, II yeri Almaniya, I yeri isə ispaniyalı rejissorlar tutub.

 

"Bədii film” naminasiyası üzrə III yeri İtaliya, II yeri Latviya, I yeri isə fransız rejissor Kristof Offenşteyn qazanıb.

 

"TV filmləri və proqramları” adlı naminasiya üzrə III yerə İsveç, II yerə azərbaycanlı rejissor Arzu Qulamov, I yerə isə rus rejissorlar Aleksandr Zamıslov və Vladislav Kolesov "Ruhən güclülər. Buzüstü hokkey” adlı filminə görə layiq görülüb.

 

"İdman və şəxsiyyət” naminasiyası üzrə isə III yeri Belarusiya, II yeri Braziliya, I yeri isə macar rejissor Qabor Peter Nemet "London səhnəsi” adlı filminə görə alıb.

 

Münsiflər heyətinin xüsusi mükafatına isə "Macarların Barsa azarkeşliyi” adlı filmi ilə macar rejissor Tibor Kosis layiq görülüb.

 

Mükafatlandırmadan sonra tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirilib. Tədbirin bədii hissəsi Elçin Şirinovun rəhbərliyi ilə etno-caz qrupun ifası ilə davam edib.

 

Qeyd edək ki, II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirlib. FİCTS-in üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyıb. Festivalda  33 ölkədən 115 film iştirak edib. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: "Bədii film", "İdman və şəxsiyyət", "İdman və dünya", "TV filmləri", "Milli film".