adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Noyabr 2014 19:25
2734
MƏMLƏKƏT
A- A+

“Aqrolizinq”ə 18 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb. Adalet.az-ın məlumatına görə, sərəncama əsasən, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək, ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə verilib.

Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8 milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.