adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Noyabr 2014 17:17
19009
SAĞLAMLIQ
A- A+

Gizli xəstəliklərin xarici əlamətləri

Bəzən xarici görkəmimizdə qəfil yaranan qüsurları kosmetik vasitələr və geyimlərlə gizlətməyə çalışırıq. Amma xarici orqanlar əslində daxilimizin güzgüsüdür. Başqa sözlə, sahibini xəbərdarlıq etmək istəyir. Adalet.az rus mütəxəssislərin araşdırmalarına istinadən təhlükəli xəstəliklərin bəlirtiləri olan bəzi əlamətləri diqqətinizə çatdırır:


1. Yetkin adamda sızanaqlar - əgər yeniyetməlik yaşını çoxdan adlamısınızsa, buna baxmayaraq üzünüzdə sızanaqlar çəkilmirsə, o zaman hormonal, qaraciyər və mədə-bağırsaq problemləriniz var.


2. Tökülən saçlar - ən yaxşı şampunlardan istifadə etmənizə, düzgün qidalanmanıza rəğmən, saçlarınız çəngə-çəngə tökülürsə, anemiya (qanazlığı) və qalxanvari vəzidən əziyyət çəkirsiniz.


3. Şişkin qarın – fitness klublarda ətək-ətək pul xərcləyib, üstəlik canınıza da rəhm etmədən idmanla məşğul olursunuz, amma yenə də qarın nahiyənizi "əridə” bilmirsiniz? Deməli, qarın boşluğunuz təhlükəli siqnallar verir: xüsusən astsit (qarın boşluğuna su yığılması), kista və şişlər ola bilər. Ən azından bağırsaq pozuqluğundan narahatsınız ki, o da nəticədə köp yaradır.  Həm də qaraciyərinizdə böyümə ola bilər.


4. Göz ətrafında qara halqalar - əgər hər gün gözətrafı halqaları korrektə etməklə məşğulsunuzsa, səhhətinizə "barmaqarası” baxanlardansınız. Birbaşa müayinəyə! Ümumi qan analizi verməlisiniz. Orqanizmdə iltihabi proseslər ola bilər. Bundan başqa, böyrək, ürək çatışmazlığı və mədəaltı vəz problemləri də gözün altında "xəbərdarlıq” qoya bilər.


5. Tüklənmə - epilyasıya və digər kosmetik prosedurlar yaramır? Arzuolunmaz tüklər üz və bədəninizdə baş alıb gedir? Elə isə qadın orqanlarınızı yoxlatdırın. Güman ki, yumurtalıqlarınızın fəaliyyəti pozulub. Daha pisi – polikistoz, kista, fibroma və nəhayət, bədxassəli şiş ola bilər!


6. Qızarmış gözlər - əgər düşünürsüzsə gözlərini qızarması yorğun iş günündən və kompüter qarşısında çox oturmaqdandır, yanılırsınız. Davamlı qızartıların səbəbi daha xoşagəlməz ola bilər: gözünüzdə təzyiq ola bilər ki, müalicə almadıqda geri dönüşü olmayan korluqla nəticələnə bilər. Revmotoloqla da məsləhətləşin. Ola bilsin ki, artritin bəzi növləridir, onlar da gözə qızartı verir.


7. Həddən artıq tərləmə - Tər əleyhinə vasitələrlə bu problemi ört-basdır etməyə çalışmayın. Ürək qüsuru – stenokardiya və periokardit tərləməni artıran xəstəliklərdəndir. Şəkər xəstəliyi də tər vəzilərinin fəaliyyətini artırır. Bundan başqa, daxili sekresiya vəzilərinin zədələnmələri də normadan artıq tərləməyə yol açır.

Üz və bədəndə əlamətlər adi yorğunluqdan və stressdən də yarana bilər. Məqsəd oxucuda narahatlıq yaratmaq deyil, sadəcə müayinədən keçmək, problem varsa, onları aradan qaldırmaq xeyrinizə olar.